Zaurdan Mübarizə qarşı çıxan xanıma ŞOK SÖZLƏR - FOTO
Bizi izləyin

Sosial

Zaurdan Mübarizə qarşı çıxan xanıma ŞOK SÖZLƏR - FOTO

Mübariz İbrahimovla bağlı statusu ilə gündəmə gələn gənc Nərmin Şahmarzadənin özünü müdafiə cəhdlərinə Zaur Baxşəliyev də reaksiya verib.

Kult.az xəbər verir ki, Zaur Baxşəliyevlə həyat yoldaşı Günay Baxşəliyevin ortaq İnstaqram səhifəsində olaya münasibət bildirilib.

“Bu günlərdə ərinə xəyanət etdiyi deyilən bir qadının başını qırxıb, videosunu çəkib, sonra da sosial şəbəkədə paylaşdılar. Əmisi oğlunun arvadına sataşan bir kişini kənd camaatı yğılıb daş-qalaq edib öldürdü. Yenə xəyanət edən bir kişinin əyninə yubka geyindirib, kənd içində rüsvay etdilər. Ərinə, arvadına əmisi oğluna xəyanət edənin cəzası budursa, dilinə sahib çıxmayıb xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır?

Mübariz toxunulmazdır, Şəhid bayraqdır, torpaqdır, vətəndir! Şəhid bir dövlətin atributu və toxunulmazlıq rəmzi, onun milli qüruru və mənəvi dəyəridir. Əslində bir aqil, aydın, ziyalı, ictimai nüfuzu və mövqeyi olan bir insan bunu söyləsəydi, bu qədər əsəb keçirməyə dəyərdi. Nəcis yeyən iti öldürmürlər. Rahat olun!” – deyə qeyd edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm