DTX-nın Mədəniyyət Mərkəzindən uşaqlara Yeni il sürprizi - 2 gün tamaşa olacaq
Bizi izləyin

Sosial

DTX-nın Mədəniyyət Mərkəzindən uşaqlara Yeni il sürprizi - 2 gün tamaşa olacaq

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi “Tıq-tıq xanımın Saxta babası” adlı uşaq tamaşası hazırlayıb.

Publika.az xəbər verir ki, yeni il proqramı çərçivəsində hazırlanan tamaşa uşaqlar üçün nəzərdə tutulub və maraqlı süjet xəttinə malikdir. Belə ki, tamaşa öz şaxta babasını axtaran Tıq-tıq xanımın başına gələnlərdən bəhs edir.

Tamaşalar dekabrın 25-26-da saat 15:00 və 18:00-da nümayiş etdiriləcək. Biletlərin qiyməti 10-30 manat arası dəyişir və bir bilet bir nəfər üçün nəzərdə tutulub. Tamaşadan sonra müxtəlif əyləncələr də nəzərdə tutulub.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm