Millət vəkili: "Sosial şəbəkə sosial media deyil"
Bizi izləyin

Sosial

Millət vəkili: "Sosial şəbəkə sosial media deyil"

"Əgər dinlər arasında mehriban münasibət yoxdursa, bu, bəşəriyyətə xeyir gətirmir. Əksinə, bəlalar gətirir. Təsadüfi deyil ki, bu məsələ hər zaman medianın gündəmində olub".

Publika.az xəbər verir ki, bu sözləri "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov "Dini qurumlar və sosial media" adlı tədbirdə çıxışı zamanı deyib.

Millət vəkili sosial şəbəkələrin sosial media kimi qələmə verilməsinin doğru olmadığını deyib:

"Sosial şəbəkələrin sosial media adlandırılmasını qəbul etmirəm. Media peşəkar jurnalistlərin çalışdığı məkandır, sosial şəbəkədə isə müxtəlif əqidələrə xidmət edənlər var. Sosial şəbəkədə kim necə istəyir öz fikirlərini ifadə edir və müəyyən məsələlərdə sərhədlər keçilir. Bəzən təhqirlər və aşağılanma hallarına da rast gəlirik. Sosial şəbəkənin müəyyən təsir gücü var. Hətta mövqeyi olmayanlara da sosial şəbəkədə paylaşılan fikirlər təsir edir. Sosial mediada isə artiq müxtəlif mənsəblər at oynada bilmirlər. Çünki jurnalistlərimiz lazım olan mövzunu seçməyə başladır. Bəzən jurnalistlər sosial şəbəkədə gedən müzakirələri mətbuata gətirir. Burada biz jurnalistlərin də peşəkarlığı önəmlidir. Mövzunun mediaya hansı aspektdən gətirilməsi isə jurnalistin peşəkarlığından asıldır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm