Sosial
Azərbaycanda evlənən cütlüklərin sayı 50 mini keçdi, boşananlar isə...
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 50 882 nikah qeydə alınıb.
Trend-in məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 12 396 təşkil edib.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.
Azərbaycanda boşanan qadın və kişilər daha çox 5 ilə qədər davam edən ailəlik həyatından sonra ayrılmağa qərar veriblər.
Ötən il ölkədə 14 514 boşanma halı olub ki, onların da çoxunun nikahının davametmə müddəti 5 ilə qədər olub.
Boşananlar arasında nikahları 9 ilədək davam edənlərin sayı nisbətən azdır. Lakin nikahları 10 il və daha çox davam edənlərin boşanma sayı da çoxdur və bu say 5 ilədək evli qalanlardan sonra ikinci yerdə gəlir.
2017-ci ildə boşanan 5 398 cütlüyün nikahı 5 ilədək, 3 948-nin nikahı 9 ilədək, 5 168-nin nikahı 10 il və daha çox davam edib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!