Sosial
“ASAN xidmət”in yeni siması - Mr.ASANT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” dövlət xidmətləri sahəsində brendə çevrilib. Şəffaflığın artırılması, korrupsiya hallarının qarşısının alınması, xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsində “ASAN xidmət” uğurlu yol xəritəsi tərtib edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, bu yol xəritəsini özündə əks etdirən qarışqa fəlsəfəsi “ASAN xidmət”in maskotu üçün obraz seçilib. Qarışqa çalışqanlıq, zəhmətkeşlik, məsuliyyət, pozitivlik və komanda işini təcəssüm etdirir.
Maskotun adı Mr.ASANT kimi seçilib. Bu ad ASAN və ANT (ingilis dilindən tərcümədə - qarışqa) sözlərinin kombinə edilməsidir. Qarışqalar heç vaxt təslim olmurlar, gələcək yönümlü planlar qurmaq, təkcə bu günü yox, sabahı düşünmək onlara xasdır.
Mr.ASANT maskotu məhz bu keyfiyyətləri özündə birləşdirən “ASAN xidmət”in yeni simasıdır. O, maarifləndirmə və məlumatlandırmada vasitəçi olacaq, vətəndaşlara köməklik edəcək, dost kimi yanlarında olacaq.
Məqsədimiz vətəndaşlara daha yaxın olmaq, maskotumuz vasitəsilə ASANla emosional bağlılığı artırmaqdır.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...











.jpg)

.jpg)




















.jpg)


