Azərbaycanda qanunsuz yaşayan 157 əcnəbi aşkarlandı - FOTO
Bizi izləyin

Sosial

Azərbaycanda qanunsuz yaşayan 157 əcnəbi aşkarlandı - FOTO

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 161 nəfər əcnəbi saxlanılıb.

DMX-dən Publika.az-a verilən məlumata görə, onlardan 3 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş tədbirlər zamanı aşkar olunub.

Saxlanılmış 4 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyət göstərməsi, digər 157 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 144 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər 17 miqrantın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm