İlham Əliyevdən vətəndaşlarına BÖYÜK QAYĞI - ŞƏRH
Bizi izləyin

Sosial

İlham Əliyevdən vətəndaşlarına BÖYÜK QAYĞI - ŞƏRH

Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılacaq.

Millət vəkili Musa Quliyev Publika.az-a açıqlamasında bu sərəncamın dövlətin səmərəli sosial siyasətinin bir təzahürü olduğunu deyib:

“Aztəminatlı ailələrə prezident tərəfindən ayrılan birdəfəlik yardım bayram hədiyyəsidir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların hamısı cənab Prezidentin diqqət mərkəzindədir. Onlara hərtərəfli qayğı göstərilir - pensiya, müavinət verilir, gəlirləri adambaşına yaşayış minimumundan aşağı olanlara ünvanlı sosial yardım təyin edilir, bir qrup şəxsə mənzil verilir, övladları təhsil xərclərindən azad olur. Böyük vətən müharibəsi veteranları və onların həyat yoldaşlarına, 20 yanvar şəhidlərinin ailələrin hər zaman prezident tərəfindən bu cür bayram hədiyyəsi olub. Bu dəfə isə prezident aztəminatlı ailələrə bayram öncəsi birdəfəlik yardımın verilməsi üçün dövlət büdcəsindən beş milyon manat vəsait ayırıb. Bu məbləğ hər bir ailəyə 100 manat olmaqla bölünəcək. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu qərarı məmnunluqla qarşılayır və bunu dövlət başçısının sosial müdafiəyə ehtiyacı olan vətəndaşına qayğısı kimi qəbul edir”.

Millət vəkili onu da vurğulayıb ki, bundan sonra da sosial qayğıya ehtiyacı olan vətəndaşlarla bağlı tədbirlər davam etdiriləcək:

“Cənab Prezidentin tapşırığı ilə ünvanlı sosial yardım alan şəxslərin daha aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi üçün prosesi davam edir. Bu insanların yaşadıqları yerdə onlara uyğun iş yerləri, fərdi təsərrüfatların yaradılması üçün prezidentin tapşırığı ilə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv şəkildə aparılır. Bu hədiyyə də cənab Prezidentin vətəndaşlarına qayğısının ifadəsidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm