Millət vəkili: "Prezident yüzlərlə ailəyə sevinc bəxş etdi"
Bizi izləyin

Sosial

Millət vəkili: "Prezident yüzlərlə ailəyə sevinc bəxş etdi"

“Hər bir Azərbaycan vətəndaşının yaxşı yaşaması və gələcəyinin təmin edilməsi üçün dövlətimiz böyük imkan, şərait yaradır. Təbii ki, aztəminatlı, sosial yardıma ehtiyacı olan ailələr də ölkə siyasətində əhəmiyyətli yerdə durur”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, sosial qayğıya ehtiyacı olan ailələr üçün yaradılan imkanlar, verilən güzəştlər dövlət qayğısından xəbər verir:

“Dünən Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı atdığı addım, öz doğum gününü onlarla birlikdə keçirməsi, yüzlərlə ailəyə fərəh verməsi, yeni il sevinci bəxş etməsi böyük bir qürur mənbəyidir. Belə bir dövlətin vətəndaşı olmaqla fəxr edirik. Dövlətin xarici və daxili siyasəti, aparılan quruculuq işləri birbaşa cənab Prezidentin adının qarşısında “qurucu İlham Əliyev” deməyə imkan yaradır. Bu gün biz qurucu İlham Əliyevlə daha yaxşı gələcəyə doğru gedirik. Yeni il ərəfəsində hər bir vətəndaşımızı, başda Prezidentimiz və ailəsi olmaqla təbrik edirik”.

J.Əliyeva bildirib ki, ölkə başçısının sosial sahəyə diqqətli davamlıdır:

“Şəhid ailələrinə 11 min manatlıq vəsaitin ayrılması, onlar üçün bina və fərdi evlərin inşa edilməsi, daha sonra aztəminatlı ailələrə Yeni il bayramı ərəfəsində 100 manat birdəfəlik yardımın verilməsi yüzlərlə ailəyə sevinc bəxş etmək deməkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm