Əgər kimsə 1001 dollarlıq mal alırsa, mütləq... – Səfər Mehdiyev
Bizi izləyin

Sosial

Əgər kimsə 1001 dollarlıq mal alırsa, mütləq... – Səfər Mehdiyev

Bu gün qəbiristanlıqdan bir ad götürüb, xaricdən ölmüş insanların adına bahalı telefonlar göndərirlər. Özü də bu telefonların qiyməti min dollardan bahadır.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev ölkənin aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları ilə görüşü zamanı bildirib. Onun sözlərinə görə, artıq bu faktlarla bağlı istintaq gedir, cinayət işləri başlanılıb:

“Bu gün bizim problemimiz “qurunun oduna yaş da yanar” dediyimiz məsələdir. Qanunvericilikdə güzəşt varsa, cəmiyyətimizdə bundan sui-istifadə edənlər var. Bizim üçün bu riskdir”.

S.Mehdiyev onu da bildirib ki, ölkəyə mal idxalı ilə məşğul olan “Camex” şirkəti Komitəyə elektron qaydada müraciət edib:

“Biz malları qaytarmaq üçün 2 gün sonra onları geriyə yazırıq. Sonradan məlum olur ki, həmin mallar anbarda yoxdur. Bununla bağlı 4 gömrük işçisi haqqında cinayət işi başlanılıb. “Camex” şirkətinin özünü cinayət məsuliyyətinə cəlb etmişik. Beynəlxalq şirkətlər də oyun oynayır. Elektron ticarət sivil ticarətdir və bunu etmək lazımdır. Amma bu o demək deyil ki, vergi rüsümunun ödənilməsindən yayınmalısan və yaradılmış imkanlardan, dövlətə çatacaq vergi rüsümlarından azad olmalısan. Bizim problemimiz budur. Bunun qarşısını almaq üçün bütün xidmətlər aeroportda cəmləşdirilib. Əgər əvvəllər gündəlik 1-2 min manat vergi toplanılırdısa, bu gün 20-30 min manat vergi toplanılır. Biz bu yolla vergi yığımını 30 dəfə artırdıq”.

DGK sədrinin sözlərinə görə, Azərbaycanın daxili bazarına hələ də qaçaqmalçılıq yolu ilə mal çıxarılır:

“Kölgə iqtisadiyyatı budur. Bu gün mobil telefon mağazaları Komitəyə minnətdarlıq, təşəkkür məktubları yazırlar. Çünki kontrafakt malların poçt xidmətləri ilə, elektron ticarət vasitəsilə gətirilməsinin qarşısı alınıb. Bu qanundursa, biz qanuna əməl etməliyik. Hər kəsə 1 000 dollarlıq mal almağa icazə verilib. Əgər kimsə min bir dollarlıq mal alıbsa, mütləq onun vergisini ödəməlidir”. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm