Azərbaycanda BU DA OLDU - Anasının yasında selfi etdi - VİDEO
Bizi izləyin

Sosial

Azərbaycanda BU DA OLDU - Anasının yasında selfi etdi - VİDEO

İnsanlarin gündəlik həyatlarında baş verənləri çəkib sosial şəbəkələrdə paylaşmaqları artıq adi hala çevrilib.

Publika.az xəbər verir ki, bu hal hətta o dərəcədə adiləşib ki, onlar yas yerlərindən belə şəkil və ya video ilə selfi edib öz kədərlərini sosiallaşdırırlar.

Məsələn, Azərbaycanda yas yerindən selfi edərək sosial şəbəkələrdə paylaşıblar. Vətəndaşlardan biri anasının yas yerindən selfi edib. O, "Qoy duysun hamı... Anamın öldüyünü hamı bilsin...Onu gəlib aparmaları üçün hazırlıq görürürəm...",-deyə selfi edərək paylaşıb.

Beləliklə, vətəndaş anasının öldüyünü hər kəsə duyurmaq üçün dil deyib ağlayaraq yas yerindən selfi edib və sosial şəbəkələrdə paylaşıb.

Psixoloq Gülnar Orucovanın fikrincə, vətəndaş sözugedən videonu sosial şəbəkələrdə paylaşaraq insanların onun dərdinə ortaq olmalarını, onların diqqətini özünə çəkmək istəyir. Onun sözlərinə görə, bu kimi hallara daha çox özgüvən əksikliyi yasayan, özünü təsdiq edə bilməyən insanlarda rast gəlinir.

Vətəndaşlar da yas yerindən selfi paylaşılmasını xoş qarşılamırlar.

Psixoloq bildirir ki, həddindən artıq selfi çəkib paylaşmaq bir sıra xəstəliklərin əlamətləri də ola bilər.

Psixoloq Gülnar Orucovanın sözlərinə görə, selfi xəstəliyinin hazırda müalicəsi yoxdur. Müalicə ancaq davranış terapiyası ilə ola bilər ki, o da müvəqqəti müalicə hesab olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm