Sosial
Nazir müavini: "Bizim üçün bu, əla xəbərdir"
“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqənin nəticəsində əslində bir çox müsbət məqamlar var.
Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev müəllimlərin imtahan nəticələri ilə cəmiyyətdə yaranan fikirlərə aydınlıq gətirərkən deyib.
Şöbə müdiri bildirib ki, həmin imtahanda müəllimlərə olimpiada sualları verilib və bu suallara cavab verənlərin sayının az olması normaldır:
“Hər bir imtahanın məqsədindən asılı olaraq suallar təşkil edilir. Bu imtahanda məqsəd beynəlxalq olimpiadalara hazırlıq üçün istedadı olan müəllimləri müəyyən etmək idi. Bu olimpiadalarda xüsusi çətin suallar olur. Ötən il dünya səviyyəsində riyaziyyat üzrə olimpiadada cəmi 2 şagird yüksək nəticə göstərmişdi. Ondan əvvəlki ildə yüksək nəticə göstərən olmamışdı. Bizim məqsədimiz də məktəblərdə bu standarta uyğun müəllimləri qrantlar vasitəsilə hazırlığını təmin etməkdir. Təkcə Bakıda deyil, region məktəblərinin şagirdlərinin də olimpiadaya göndərilməsinə çalışırıq. Bizim əvvəldən gözləntimiz heç olmazda 12 bu cür müəllimi müəyyən etmək idi. Hər bir fənn üzrə 3-5 müəllimin yüksək nəticə göstərməsi yaxşı haldır. Bu imtahanda fizika üzrə ən yüksək nəticə göstərən müəllimlərdən biri Neftçalanın Xıllı qəsəbəsindən idi. Heç biz bilmirdik ki, həmin qəsəbədə bizim belə müəllimimiz var. Bu imtahanda müəllimin 30-40 faiz nəticə göstərməsi onun respublika fənn olimpiadası üçün şagird hazırlamasına imkan verir. Bizim üçün bu, əla xəbərdir. Məktəb müəllimindən olimpiada suallarına cavab vermədiyinə görə qınamaq doğru deyil. Bəzən optika sahəsi üzrə olimpiada elə sual düşür ki, heç alimlər bunu dəqiq bilmir”.
Gülxar
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO