Binəqədi İŞIQSIZ QALDI
Bizi izləyin

Sosial

Binəqədi İŞIQSIZ QALDI

Binəqədi rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Publika.az xəbər verir ki, fasilə Binəqədi rayonu, DSK adlanan ərazidə 12 saatdan çoxdur davam edir.

Sakinlərə verilən məlumata görə, həmin ərazidən keçən yüksəkgərginlikli xətt qırılıb. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, səhər saat 08:00-da "Azərişıq" ASC-nin 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayıblar, onlara elektrik enerjisinin 1 saata bərpa ediləcəyi deyilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, fasilə yaxın dəqiqələrdə aradan qaldırılacaq:"Hazırda özüm də ərazidəyəm. Fasilə cərəyan transformatorunun dəyişdirilməsi ilə əlaqədardır. Əməkdaşlarımız və texnikamız əraziyə cəlb edilib. Tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm