Rauf Zeyni: “Mehman Hüseynov bildirdi ki..." - FOTO
Bizi izləyin

Sosial

Rauf Zeyni: “Mehman Hüseynov bildirdi ki..." - FOTO

Bu gün bir sıra Qeyri-Hökümət Təşkilatı rəhbəri həbsdə olan bloger Mehman Hüseynovla görüşüb.

Görüşdə iştirak edən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni Publika.az-a açıqlamasında Mehman Hüseynovun vəziyyətinin yaxşı olduğunu deyib:

“Mehman Hüseynovla görüşdük, söhbət etdik. Özünü yaxşı hiss etdiyini dedi. Aclıq aksiyası ötən ildə qalıb. Sağlamlığı da qaydasındadır, yeməyi də normaldır. Sağlamlığı, saxlanılma şəraitindən razıdır. Bu gün atası, Qızıl Xaç Cəmiyyətinin əməkdaşları ilə görüşüb. Onun görüşlərinə, telefon danışıqlarına Penitensiar xidmətin əməkdaşları tərəfindən şərait yaradılır. O həbsdə olarkən mövcud olan bütün hüquqlarından istifadə edə bilir. O, saxlanma şəraiti, ona qarşı olan münasibətdən narazılığının olmadığını dedi”.

R.Zeyni bildirib ki, sosial şəbəkələrdə Mehmanın vəziyyətinin ağır olması ilə bağlı yazılanlar barədə də ona məlumat veriblər:

“Mehman bildirdi ki, kimin nə paylaşdığı onu maraqlandırmır. Onu maraqlandıran yalnız hüquqlarının bərpa edilməsidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm