Bakıda bu şadlıq evi elektrik enerjisini talan edirmiş
Bizi izləyin

Sosial

Bakıda bu şadlıq evi elektrik enerjisini talan edirmiş

“Azərişıq” ASC-nin əməkdaşları Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq evində qanunsuz olaraq elektrik enerjisindən istifadəni aşkar edib.

Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun keçirlən baxış zamanı şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti binanın zirzəmisinə daxil olur və sayğacdan əvvəl xüsusi quraşdırılmış sxem vasitəsilə sayğacdan kənar 3 ədəd 160 kVa gücündə transformator qoşularaq elektrik enerjisi talan edilib. Hazırda “Kral” şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb.

“Azərişıq” ASC bir daha xəbərdarlıq edir ki, istehlakçıların şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm