Sosial
Seymur Mövlayevə VƏZİFƏ VERİLDİ
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinin icrası Seymur Mövlayevə həvalə edilib.
Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, Seymur Mövlayev buna qədər “Aqrolizinq” ASC-nin sədri vəzifəsində, daha əvvəl isə 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Aqrar Xidmətlər Agentliyinin yaradılmasına dair Fərman imzalayıb. Fərmana əsasən, yeni Agentlik Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.
Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir.
“Aqrolizinq” ASC-nin sədri vəzifəsini qurumun sədr müavini Elmin Rəhmanov icra edəcək.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik