Bakı meriyası rayon icra hakimiyyətlərinə TAPŞIRIQ VERDİ
Bizi izləyin

Sosial

Bakı meriyası rayon icra hakimiyyətlərinə TAPŞIRIQ VERDİ

Bakı Şəhər İcra Hakimiyyətindən sabah ölkə ərazisində proqnozlaşdırılan hava şəraiti ilə bağlı rayon icra hakimiyyətlərinə tapşırıq verilib.

BŞİH-dən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar rayon icra hakimiyyətlərində müşavirə keçirilib.

Bakı şəhərinin bütün rayonlarında icra hakimiyyətləri sabah gücləndirilmiş iş rejimində çalışacaq.

Ölkə ərazisində müşahidə ediləcək soyuq hava şəraiti ilə əlaqədar olaraq ötən il noyabr ayında xüsusi qərargah yaradılıb. Dekabr ayında isə qərargah iclas keçirərək soyuq hava şəraitində görüləcək işlərlə bağlı tədbirlər planı hazırlayıb. Şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatların sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm