Qanlı Yanvar şəhidlərinin xatirəsi Qarsda yad olundu
Bizi izləyin

Sosial

Qanlı Yanvar şəhidlərinin xatirəsi Qarsda yad olundu

Qanlı Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı daha bir anım mərasimi Azərbaycanın Qars şəhərindəki baş konsulluğunda təşkil olunub.

Publika.az xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Mərasimdə rəsmi şəxslər, ziyalılar, tələbələr, ictimaiyyətin nümayəndələri, QHT və KİV təmsilçiləri iştirak ediblər.

İyirmi Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik mübarizəsində ən şərəfli səhifələrdən olduğunu qeyd edən baş konsul Nuru Quliyev keçmiş Sovetlər Birliyinin süqutu ərəfəsində ölkəmizdə cərəyan edən siyasi proseslərdən danışıb. Diplomat diqqətə çatdırıb ki, xalqımızın xilaskar oğlu Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə xalqımızın azadlıq mübarizəsinə əlavə güc qatıb.

Qara Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşən professor Hacəli Nəcəfoğlu bu faciənin səbəb və məqsədləri barədə iştirakçılara məlumat verib.

Çıxışlardan sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm