SON DƏQİQƏ: Ağdam qaranlığa qərq oldu
Bizi izləyin

Sosial

SON DƏQİQƏ: Ağdam qaranlığa qərq oldu

Ağdamın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Publika.az xəbər verir ki, qəzaya səbəb rayon ərazisindən keçən elektrik xətlərində baş verən qısaqapanma olub.

Qəza nəticəsində rayonun Mahrızlı, Zəngişalı, Qaradağlı, Rzalı kəndləri və bır sıra başqa yaşayış məntəqələri qaranlığa qərq olub.

"Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev"Report"a faktı təsdiqləyib.

Onun sözlərinə görə, yaxın dəqiqələrdə elektrik enerjisinin verilişi bərpa ediləcək: "Artıq əməkdaşlarımız və texnikamız hadisə yerindədir. Qəza yerini tapıblar və təmir-bərpa işləri aparılır. Havanın dumanlı olmasına baxmayaraq, əməkdaşlarımız qəza yerində çalışır və 20-30 dəqiqə ərzində elektrik enerjisinin verilişi bərpa ediləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm