Azərbaycanda bu şəxslər valideynlik hüququndan məhrum ediləcək
Bizi izləyin

Sosial

Azərbaycanda bu şəxslər valideynlik hüququndan məhrum ediləcək

"Bu gün övladlığa verilmədə əsas problem 4-5 yaşdan yuxarı uşaqlarla bağlıdır".

Publika.az-ın xəbərinə görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.

S.Qocayev bildirib ki, ailələr əsasən daha azyaşlı uşaqları götürmək istəyir.

"Bundan başqa ailə uşağından imtina etmirsə, müəssisədə olan həmin uşaqların da övladlığa verilməsi mümkün olmur. Bizim əsas məqsədimiz isə uşaqların öz ailələrinə qaytarılmasıdır. Bu istiqamətdə ailələrə dəstək olunacaq. Bunun üçün uşağın müəssisəyə yerləşdirilməsi səbəbi araşdırılacaq. Bu ailələrin özünəməşğulluq, məşğulluq prosesi, peşə kurslarına cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda maddi vəziyyətdən asılı olaraq uşaqların müəyyən xərclərinin qarşılanması üçün dəstək, icbari sığortadan yararlanması üçün baza mexanizmləri hazırlanır. Hər bir uşaqla fərdi qaydada iş aparılacaq. Əsas məqsəd uşaqların öz ailələrinə qaytarılması üçün dəstək olmaqdır. Bütün bu dəstəkdən sonra uşağına lazımı şərait yaratmayan valideynlər bu hüquqdan məhrum ediləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm