Sosial
“Ölkəmizdə qarşıdurma halları müşahidə olunmur” – Səyyad Aran
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.
Publika.az xəbər verir ki, ikigünlük seminar-müşavirədə RİH-in ərazi nümayəndələri, bələdiyyə sədrləri, dindarlar, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Onun sözlərinə görə, ictimaiyyətin, xüsusilə gənclərin doğru mənbədən dini bilgilərə yiyələnmələri olduqca vacibdir.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan xalqının əsrlər boyu digər din və mədəniyyətlərə dözümlü münasibəti ilə seçildiyini, eyni zamanda onlarla sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığını diqqətə çatdırıb. S.Salahlı respublikamızda heç zaman milli və dini etnik qruplar arasında ədavət və qarşıdurma hallarının müşahidə olunmadığını qeyd edib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov mövzu ətrafında danışaraq zərərli dini cərəyanların əsas fəaliyyət metodlarına toxunub.
Natiq gənclərin müəyyən bilgilərə yiyələnmələrinin, həmçinin onların radikalizmə qarşı mübarizədə fəal olmalarının vacibliyini diqqətə çatdırıb.
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi