Vüqar Səfərli: Qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı qərar martın sonunda veriləcək
Bizi izləyin

Sosial

Vüqar Səfərli: Qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı qərar martın sonunda veriləcək

Bu gün bir sıra xəbər portallarında Azərbaycanda 20-dən çox qəzetə maliyyə yardımının dayandırılacağı barədə məlumat yayılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, 20-dən çox qəzetə Fond tərəfindən ayrılan maliyyə yardımının dayandırılacağı barədə məlumat həqiqəti əks etdirmir: “ Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Bu iclasda müzakirə olunanan məsələlərdən biri də, cari ilin 2-ci rübü ərzində maliyyələşdiriləcək KİV layihələri, bunun hansı şərtlər əsasında həyata keçiriləcəyi ilə bağlı olub.

2-ci rübdə qəzetlərin maliyyələşməsi haqqında qaydalar müzakirəyə çıxarıldıqdan sonra qərar qəbul edildi ki, 10 ildir KİVDF tərəfindən maliyyə yardımı alan qəzetlərin tirajı minimum 5 min olmalıdır. Əvvəl bu tələb 2500 idi. Bundan başqa qəzetlərin yayımının mindən iki minə çatdırılması barədə də qərar qəbul olundu. Hansı qəzetlər qoyulan bu tələblərə uyğun gələcəksə, onlara maliyyənin ayrılması davam etdiriləcək. Eləcə də xarici dildə yayımlanan, tirajı 3000-dən az olmayan, hər buraxılışından ən azı 1500 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər də maliyyə yardımı ala biləcəklər. Qəzetlərə maliyyə yardımının ayrılması ilə bağlı qərar mart ayının sonunda veriləcək.

Qeyd edim ki, 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə hələ bu gün elan edilib. Bu ajiotajı yayanlar bilməlidir ki, hansı qəzetin maliyyələşəcəyi, hansının isə maliyyə almayacağını indidən söyləmək mümkün deyil. KİVDF qəzet bağlayan bir qurum deyil. Biz qəzetlərin maliyyələşməsi ilə məşğuluq”. (movqe.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm