Tanınmış teleaparıcı İctimai televiziyada işə başladı
Bizi izləyin

Sosial

Tanınmış teleaparıcı İctimai televiziyada işə başladı

Tanınmış jurnalist İlham Tumas İctimai televiziyada işə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə İ.Tumas sosial şəbəkə səhifəsində məlumat verib.

O bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində Orxan Fikrətoğlu ilə yeni layihəyə başlayıb: “Son 70 il ərzində hüquq-mühafizə və xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmiş və dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb eləyən, ictimaiyyətə açıqlanması məqbul hesab olunan əməliyyatları, açılmış cinayət işlərini əhatə eləyən “İstintaq davam edir” adlı sənədli telelayihəsinin birinci filminin çəkilişləri gedir. Əla sürprüzlər olacaq. Həm Sovet, həm də müstəqillik illərində hüquq-mühafizə, xüsusi xidmət orqanları tərəfindən həyata keçirilimiş hər hansı əməliyyatı, bu əməliyyatın iştirakçılarının qəhrəmanlığını ehtiva eləyən sənədli filmlərlə bağlı təkliflərinizlə bizə şərəf verərsiniz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm