Azərbaycanda 2 uşağını küçəyə atan qadın danışdı: "Ev pulunu verə bilmədiyimə görə..." - - YENİLƏNDİ
Bizi izləyin

Sosial

Azərbaycanda 2 uşağını küçəyə atan qadın danışdı: "Ev pulunu verə bilmədiyimə görə..." - - YENİLƏNDİ

Bərdə rayonunda küçədən tapılan körpələrin anası tapılıb.

Hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıb.

Məlum olub ki, körpələrin anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır.

Bərdə rayonunda işləyən Y.Osmanova uşaqları maddi çətinlikdən saxlaya bilmədiyini və belə bir işi gördüyünü deyib: "Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə 2 manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulu da verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq, ona görə də özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi həmin evə aparan iş yoldaşıma verib".

Faktla bağlı araşdıma aparılır.

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı körpə tapılıb.

Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar.(Report)

*****

10:15

Dünən axşam saatlarında Bərdə şəhərində yerləşən şadlıq evinin qarşısında tapılan 2 körpənin valideynlərinin kimliyi müəyyənləşib.

Publika.az xəbər verir ki, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi araşdırmalar zamanı uşaqları küçəyə atıb uzaqlaşan qadın tapılıb və o, şöbəyə dəvət edilib. Hazırda 8 aylıq və 2 yaşlında olan bacı-qardaş Bərdə rayon Mərkəzi Xəstəxanasındadır.

Xəstəxanadan Publika.az-a bildirilib ki, körpələrin vəziyyəti yaxşıdır və heç bir tibbi yardıma ehtiyacları yoxdur.

Məlumata görə, uşaqların anası onları toydan sonra şadlıq evinin qarşısına ataraq gedib. Onların ailəsində problemlərin olduğu, qadının da bu səbəbdən belə bir addım atdığı bildirilir.

Araşdırmalar davam etdirilir.

***

21:12

Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.

"Report"un məlumatına görə, uşaqlar küçəyə anaları tərəfindən atılıb.

Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar. Lakin onlar Rayon Uşaq Xəstəxanasına yerləşdirilib, polis onların valideynlərini axtarır.

Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm