Zəlzələ rabitə sisteminin işinə problem yaratmayıb - RƏSMİ
Bizi izləyin

Sosial

Zəlzələ rabitə sisteminin işinə problem yaratmayıb - RƏSMİ

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb.

Bu barədə Publika.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, fevralın 5-də Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində baş verən zəlzələ nəticəsində rabitə sisteminə heç bir ziyan dəyməyib. Adıçəkilən rayonlarda rabitənin işində problem yaranmayıb.

Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm