Sosial
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Azərbaycan Beynəlxalq Bank ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev öz ərizəsi ilə işdən çıxıb.
Publika.az Unikal.org-a istinadən xəbər verir ki, o, qərarını Azərbaycan Beynəlxalq Bankı ASC-nin Müşahidə Şurasının 2018-ci il dekabrın 25-də keçirilən iclasında açıqlayıb.
Şuranın həmin iclasında 2018-ci il üzrə maliyyə göstəricilərinə baxılıb, 2019-cu il üzrə büdcə layihəsi müzakirə edilib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verilib.
İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub. Onun Almaniya şirkəti olan “Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO