Prezidentimiz vətəndaşın yanında olmağı hər şeydən üstün tutur - ŞƏRH
Bizi izləyin

Sosial

Prezidentimiz vətəndaşın yanında olmağı hər şeydən üstün tutur - ŞƏRH

“Prezident İlham Əliyev daim ölkə vətəndaşlarının qayğıları, problemləri ilə yaxından maraqlanır. Onun həyata keçirdiyi siyasətin başlıca məqsədi əhalinin sosial rifahının yüksəldilməsi, onların problemlərinin həll edilməsidir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov Prezident İlham Əliyevin zəlzələ baş verən bölgələrə səfərini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, cənab Prezident hələ millət vəkili olduğu illərdə seçiciləri ilə daim səmimi münasibətdə olub:

“1995-ci ildə İlham Əliyev Qaradağ rayonundan millət vəkili seçildiyi dövrdə vətəndaşların problemləri ilə daim yaxından maraqlanıb. Həmin illərdə insanların problemlərinin həlli istiqamətində böyük işlər həyata keçirirdi. 1998-ci illərdə millət vəkili olarkən şəhid ailələri üçün ev tikdirirdi. İnsanlara xüsusi rəğbətlə, problemlərin həllinə həssaslıqla yanaşmaq Prezident İlham Əliyevin xarakterindən gələn keyfiyyətdir. İstər millət vəkili, istərsə də Prezident olan zaman o, vətəndaşlara qarşı daim eyni, yüksək səviyyəli diqqət göstərib”.

Millət vəkili bildirib ki, Şamaxı-İsmayıllı zonasında baş verən zəlzələdən sonra Prezidentin əraziyə səfəri vətəndaşa diqqət, qayğının bariz nümunəsidir:

“Zəlzələ baş verən ərazidə aidiyyəti dövlət qurumlarının nümayəndələri oldu, dövlət vəsaiti hesabına zərər görmüş evlərin təmiri ilə bağlı tapşırıq verilməsinə baxmayaraq, Prezident şəxsən oraya getdi, vətəndaşların yanında oldu, problemləri ilə maraqlandı. Bu, onu göstərir ki, Prezidentimiz vətəndaşın bütün problemləri həssaslıqla yanaşır. Vətəndaşın yanında olmağı hər şeydən üstün tutur. Bu gün vətəndaş və Prezident birliyinin nümunəsini gördük”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm