Tanınmış xanım jurnalistlərə YÜKSƏK VƏZİFƏ VERİLDİ
Bizi izləyin

Sosial

Tanınmış xanım jurnalistlərə YÜKSƏK VƏZİFƏ VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında iki quruma yeni mətbuat xidmətləri təyin edilib.

Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin ediliblər.

Hazırki vəzifəsinə qədər A.Osmanqızı “Report” İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında “Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm