FHN iki azyaşlını xilas etdi
Bizi izləyin

Sosial

FHN iki azyaşlını xilas etdi

Nəsimi rayonunda bağlı qapı arxasında qalan 2 nəfər azyaşlı xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və azyaşlıları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm