Azərbaycan MDB məkanında minimum əməkhaqqı üzrə ən yüksək göstəriciyə nail oldu - DEPUTAT
Bizi izləyin

Sosial

Azərbaycan MDB məkanında minimum əməkhaqqı üzrə ən yüksək göstəriciyə nail oldu - DEPUTAT

“Minimum əməkhaqqının 180 manata çatdırılması sosial vəziyyəti aşağı olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində önəmli rol oynayacaq”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, bu sərəncam ümumilikdə əməkhaqqı sferasına müsbət təsir göstərəcək:

“Minimum əməkhaqqının artırılması məvacibi 180 manatadək olan 600 min nəfəri əhatə edəcək. Bunların 450 mini dövlət, 150 mini özəl sektorda çalışır. Bu sərəncam 600 min nəfərin əmək haqqının 180 manat əmək haqqı alacağı deməkdir. Artım həmçinin bütün sferalarda çalışanların minimum əməkhaqqı həddinin müəyyənləşməsinə imkan yaradır. Təbii ki, bu bütün əməkhaqqlarının artmasına təsir göstərəcək və insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayacaq”.

Millət vəkili bildirib ki, bu artımla Azərbaycan MDB məkanında minimum əmək haqqı üzrə ən yüksək göstəriciyə nail olub: “İlk dəfədir ki, cənab Prezidentin sərəncamı ilə minimum əmək haqqı 50 manat (38.5 faiz yüksəldi) yüksəldi. Bu, böyük göstərici hesab edilməlidir. Əməkhaqqındakı bu artımın kökündə makroiqtisadi sabitlik, , iqtisadiyyatın dayanıqlılığı, gəlirlərin artımı dayanır. Düşünürəm ki, gəlirlər artdıqca iqtisadiyyatımız gücləndikcə bu artımlar davam edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm