• USD 1,7000 0,00% EUR 1,9171 -0,31%
    • GBP 2,1347 +0,41% RUB 0,0238 +0,42%

Sahil Babayev: "Bu, inqilabi dəyişiklikdir"

  • Sosial
  • 14 Fevral 2019 15:15
  • 624 Baxış
Sahil Babayev: "Bu, inqilabi dəyişiklikdir"

3600 şəxsə elektron qaydada pensiya təyinatı aparılıb.

Publika.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu yenilikdən sonra vətəndaşlar heç bir sənəd toplamadan pensiya ala biləcək:

“Artıq insanlar pensiya yaşı çatanda idarələrin qapısını döyməyəcək. Onlara ad günlərində müvafiq məlumatlar verilib. Bu, inqilabi dəyişiklikdir. Bunun əhatə dairəsini genişləndirdikdə pensiya təyinatında bürokratik əngəllər aradan qalxacaq. Artıq ümumi pensiyaların 70 faizi elektron təyinatla aparılır”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR