Bakıda bank hesablarından oğurluq edən şəxs ələ keçdi
Bizi izləyin

Sosial

Bakıda bank hesablarından oğurluq edən şəxs ələ keçdi

Bakıda vətəndaşın bank hesabından oğurluq edilib.

Publika.az DİN-ə istinadən xəbər verir ki, fevralın 11-də “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən şəxs üç gün əvvəl bank hesabından oğurluq edildiyini bildirib.

Müraciətlə əlaqədar dərhal Binəqədi rayon Polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki bankomatların birindən həmin şəxsin hesabındakı 600 manatın çıxarılaraq oğurlandığı müəyyən edilib.

Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini R.Qasımov qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm