Əbülfəs Qarayev Britaniya Kitabxanasında görüş keçirdi
Bizi izləyin

Sosial

Əbülfəs Qarayev Britaniya Kitabxanasında görüş keçirdi

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir. Səfər çərçivəsində Britaniya Kitabxanasında kitabxananın Avropa və Amerika kolleksiyalarının rəhbəri, Türk kolleksiyalarının kuratoru və digər məsul şəxslərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə kitabxana sahəsində əməkdaşlıq, Britaniya Kitabxanasında Azərbaycan kolleksiyalarında adların düzgün yazılması və ölkəmizə mənsubluğunun dəqiq göstərilməsi, kitabxana sahəsində idarəetmə və fəaliyyətin yeni üsullarla həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi mövzularında müzakirələr aparılıb.

Əbülfəs Qarayev qeyd edib ki, görüşün əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq ölkədə yeni kitabxana sisteminin formalaşdırılması üçün Britaniya təcrübəsinin öyrənilməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm