• USD 1,7000 0,00% EUR 1,9090 0,00%
    • GBP 2,1180 0,00% RUB 0,0241 0,00%

Prezident bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu - EKSPERT

  • Sosial
  • 19 Fevral 2019 16:45
  • 750 Baxış
Prezident bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu - EKSPERT

Azərbaycan Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı uzun müddət müzakirə edilən və vətəndaşlarımız üçün aktual olan problemin həllinə hüquqi zəmin formalaşdırıb. Nəzərə alsaq ki, çoxmənzilli binaların istismarı prosesi ciddi şəkildə sadələşdirilir, bu, olduqca mühüm bir Fərmandır. Bir sözlə, Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu.

Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert qeyd edib ki, 2019-cu il yanvarın 1-dək inşa edilmiş bütün çoxmənzilli binalarla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən rəyin hazırlanması və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilməsi nəzərdə tutulur. Müsbət rəy alan binalar komitə tərəfindən istismara buraxılacaq və həmin mənzillərdə yaşayan vətəndaşlar çıxarışla təmin olunacaq. Fövqəladə Hallar Nazirliyi rəyi iki ay ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edəcək. Komitə isə binaların yeddi gün ərzində istismara verilməsi ilə bağlı qərar qəbul edəcək. Göründüyü kimi, olduqca qısa zamandır. Yeni Fərman imkan verəcək ki, vətəndaşlar çoxmənzilli binalarda kommunal xidmətlərlə tam təmin olunsunlar.

Ekspert əlavə edib ki, bu gün xeyli sayda bina var ki, onlarla bağlı rəy olmadığı üçün qazla təmin edilməyib. Yeni Fərman bu kimi problemlərin aradan qaldırılmasına imkan verəcək. Bu proses bir ay müddətində həyata keçiriləcək.

Vüqar Bayramov qeyd edib ki, bu Fərmanın imzalanması əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasəti istiqamətində atılan daha bir önəmli addımdır. (azərtac)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR