• USD 1,7000 0,00% EUR 1,9090 -0,31%
    • GBP 2,1180 -0,27% RUB 0,0241 +0,41%

Çoxmənzilli binalarla bağlı fərman böyük tarixi əhəmiyyət daşıyır - Millət vəkili

Çoxmənzilli binalarla bağlı fərman böyük tarixi əhəmiyyət daşıyır - Millət vəkili

"Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman tarixi əhəmiyyət daşıyır. Çünki ölkədə, xüsusən Bakı şəhərində binaların istismara qəbulu, mənzil alanların mülkiyyət hüququnun tanınması, yaşayış yeri üzrə qeydiyyata düşməsi ilə bağlı müəyyən problemlər yaşanırdı".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanı şərh edərkən deyib.

Millət vəkili bildirib ki, son zamanlar qəbul edilən bir çox qərarlar kimi bu fərman da dövlətin siyasətinin əsasında Azərbaycan vətəndaşının dayandığını göstərir:

“Düşünürəm ki, bu fərmanın imzalanması, aidiyyəti təşkilatlara müəyyən tapşırıqların verilməsi, prosesin icrası üçün müddətin müəyyən edilməsi dövlət başçısının yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşının dayandığını bir daha göstərmiş olur. Son vaxtlar şəhid ailələrinə birdəfəlik müavinətlərin ödənilməsi, minimum əmək haqqının, tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzalanan sərəncamlar, dünən Milli Məclisdə qəbul edilən minimum əmək pensiyalarınının artırılması ilə bağlı qanun insanların rifah halının yaxşılaşdırılmasına xidmət edən addımlardır.

Dövlətin iqtisadi imkanları artdıqca daha çox sosial yönümlü, insanların yaşayışını rahatlaşdıran addımlar atır. Düşünürəm ki, bu addımlar davamlı olacaq. Dünən imzalanan fərman çox böyük tarixi əhəmiyyətə malikdir. Bu binalarda yaşayanların əksəriyyəti mənzildə yaşamaq hüququ əldə edə bilmir, müəyyən çətinliklərə üzləşirdi. Düşünürəm ki, qısa zamanda bu problemlər həllini tapacaq”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR