Musa Quliyev: "Bu artımlar əhalinin sosial rifahının güclənməsinə yönələcək"
Bizi izləyin

Sosial

Musa Quliyev: "Bu artımlar əhalinin sosial rifahının güclənməsinə yönələcək"

“İqtisadi inkişaf varsa, orta aylıq əmək haqqı qalxırsa, dövlət büdcəsinin gəlirləri artırsa, xərclər artır, o cümlədən, sosial sahəyə ayrılan xərclər də artmalıdır. Bütün dünyada baş verən bu proses Azərbaycanda da müşahidə edilir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Musa Quliyev sosial müavinətlərin artırılması ilə bağlı sərəncamı şərh edərkən deyib.

Millət vəkili bildirib ki, bu artımlar Strateji Yol Xəritələrində illər əvvəl nəzərdə tutulan məsələlərdir:

“2014-16-cı illərdə neftin qiyməti dünya bazarında kəskin şəkildə aşağı düşdü və iqtisadiyyatı neftdən asılı olan ölkələrdə milli valyutanın devalvasiyası yaşandı. Azərbaycanda da bu proses müşahidə edildi. Həmin dövdə iqtisadi inkişafımız müəyyən qədər ləngidi. 2017-ci ildə inkişaf sabitləşdi, ötən il isə iqtisadi inkişaf ili kimi tariximizə düşdü, bundan sonra strateji yol xəritəsinə uyğun olaraq 2025-ci ilə qədə milli gəlirin artımı gözlənilir. Strateji yol xətirələrinə görə Azərbaycan 2025-ci ildə sosial rifah dövlətinə çevrilməlidir. Həmçinin ölkəmiz Avropa Sosial Xartiyasının tələblərindən birini öhdəlik kimi qəbul edib. Bu öhdəliyə əsasən 2025-ci ilə qədər minimum əmək haqqı və minimum gəlirlər orta aylıq əmək haqqının 60 faizinə çatdırmalıyıq".

Millət vəkili bu tələblərə əsasən artımların hər il davam edəcəyini bildirib:

"Bu artımlar əhalinin sosial rifahının güclənməsinə yönələcək. Cənab Prezident sonuncu müşavirədə bu artımların davamlı olacağını dedi. Bu addımlarla paralel olaraq sosial rifahımız təmin edən digər addımlar atılır. İnfrasturuktur işləri görülür - parklar açılıq, yollar salınır, təhsil müəssisələri, baxçalaraq fəaliyyətə başlayır. Bütün bu addımların mahiyyəti Azərbaycan vətəndaşı sağlam, təhsilli, rəqabət qabiliyyətli olması, yaxşı gəlirlə rifah içində yaşaması üçündür. Bütün bunlar strateji yol xəritəsində də nəzərdə tutulan addımlardır və ilbəil davam edəcək. Cənab Prezident də sonuncu müşavirədə bildirdi ki, təkcə bu ilin yanvar ayı ərzində vergi və gömrükdən olan gəlirlərimiz planlaşdırılandan 105 milyon çox olub. Bu templə davam etsək, ilin ikinci yarısında büdcəyə yenidən baxa və sosial xərclərə ayrılan vəsaiti bir az da artıra bilərik. Azərbaycan sosial dövlətdir, sosial sahəyə ayrılan vəsait büdcə xərclərinin 1/3-dən az olmayıb. Cənab Prezident də hər zaman deyir ki, bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu artımlar hədəfə yaxınlaşmaq üçün atdığımız addımlardır”.

M.Quliyevin sözlərinə görə, vətandaşa sosial dəstək yalnız gəlirlərin artması ilə yekunlaşmır:

“Bu günlərdə çoxmənzilli binaların sənədləşməsi ilə bağlı sərəncam vətəndaşın mənzil təminatını yaxşılaşdıran addımdır. Həmçinin problemli kreditlərlə bağlı İşçi Qrupu yaradılıb. Bütün bunlar vətəndaşın rifah halına yönələn addımlardır. Azərbaycan dövlətinin illər əvvəl hazırladığı proqram əsasında bu artımlar davam edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm