"Əsas məqsəd vətəndaşların sosial rifahının yaxşılaşdırılmasıdır" - Millət vəkili
Bizi izləyin

Sosial

"Əsas məqsəd vətəndaşların sosial rifahının yaxşılaşdırılmasıdır" - Millət vəkili

“Cənab Prezidentin son vaxtlar imzaladığı sərəncamlar 2 milyon 200 min nəfərin sosial rifahının yaxşılaşmasına təsir edəcək. Bu sərəncamlar aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan təbəqənin ayrı-ayrı kateqoriyalarını əhatə edir”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, bu sərəncamların icrası üçün ayrılan əlavə vəsait bir milyard manatdan artıqdır:

“Bu sərəncamların əsas məqsədi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasıdır. Çünki dövlətimiz inkişaf edir və iqtisadi potensial imkan verir ki, bu gün əhalinin sosial vəziyyəti daha da yaxşılaşsın. Bu, son deyil, sosial rifahın, aztəminatlı təbəqənin güzəranının yaxşılaşması və problemlərinin həlli istiqamətində yenə də sərəncamlar imzalanacaq. Çünki dövlət siyasətinin təməlində humanizm və sosial siyasət durur”.

Millət vəkili son vaxtlar imzalanan sərəncamların müxtəlif şəxslər tərəfindən yanlış şərh edilməsinə də aydınlıq gətirdi:

“Azərbaycan vətəndaşının yaxşı yaşaması, problemlərinin azalması dövlətin əsas prioritetlərindəndir. Bu sərəncamları, ölkədəki siyasəti pisləmək istəyənlər var. Çünki Azərbaycan dünyada sözünü deyən, iqtisadi cəhətdən müstəqil ölkədir. Qeyri-neft sektoru düşünülümüş şəkildə inkişaf etdirilir, sosial sahədə addımlar atılır. Bunu gözü götürməyən dairələr bu işlərə kölgə salmaq istəyir. Lakin bu mümkün deyil. Ona görə ki, insanlarımız dövlətin onlara diqqətindən tam razıdır, heç bir kənar qüvvənin təsiri altına düşməyəcəklər. Çünki ölkədə siyasi sabitlik, təhlükəsiz mühit var. Biz seçicilərlə də görüşlərdə müşahidə edirik ki, onların dövlətimizin adına ləkə gətirən insanların arxasında getməyəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm