Eldar Əzizov: "Ölkədə həyata keçirilən islahatların dünyada anoloqu yoxdur"
Bizi izləyin

Sosial

Eldar Əzizov: "Ölkədə həyata keçirilən islahatların dünyada anoloqu yoxdur"

Bu gündən paytaxtda bayram yarmarkaları fəaliyyətə başlayır. Məqsəd əhaliyə daha yaxşı seçim imkanı yaratmaqdır.

Publika.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün ölkədə prezidentin tapşırığı ilə qiymətlərin tənzimlənməsi siyasəti həyata keçirilir: "Yarmarkaların fəaliyyətə başlaması da bu siyasətin tərkib hissəsidir. Ölkədə möhtərəm prezident tərəfindən sosialyönümlü siyasət aparılır. Bu gün fəaliyyətə başlayan yarmarkalar əhaliyə seçim imkanı verir. Kim istəsə, bayram bazarlığını marketdən, ya da bu cür bayram yarmarkalardan edə bilsin".

İcra başçısı bildirib ki, bayrama qədər yarmarkalarda qiymətlərə nəzarət olunacaq: "Bu barədə həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Kənd Təsərrüfatı Nazirliyinə tapşırıq verilib. Bu yarmarka formatından daha da səmərəli istifadə etmək niyyətindəyik".

E.Əzizov vurğulayıb ki, son günlər ərzində prezident tərəfindən çox əhmiyyətli qərarlar qəbul edilir: "Bu gün ölkədə həyata keçirilən islahatların analoqu yoxdur. Vətəndaşların problemli kreditlərinin həll edilməsi ilə bağlı imzalanan fərman adi bir məsələ deyil. Bu onu göstərir ki, Azərbaycan iqtisadi baxımdan qüdrətli dövlət kimi formalaşıb. Bu gün ölkəmizdə inkişaf, sabitlik müşahidə edilir. Qafqaz bölgəsində və müharibə şəraitində yaşamağımızı nəzərə alaraq, bu cür qərarların qəbulunu tarixi nailiyyət və prezidentin uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirməliyik. İlham Əliyevin siyasəti ümumxalq xarakteri daşıyır".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm