• USD 1,7000 0,00% EUR 1,9142 0,00%
    • GBP 2,1315 0,00% RUB 0,0271 0,00%

Elmira Süleymanovadan əlilliyi olanlarla bağlı TƏKLİF

  • Sosial
  • 3 Mart 2019 08:27
  • 562 Baxış
Elmira Süleymanovadan əlilliyi olanlarla bağlı TƏKLİF

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova əlilliyin qruplara görə deyil, şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müəyyən edilməsinini təklif edir.

Trend-in məlumatına görə, bu, İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2018-ci il üzrə illik məruzəsində qeyd edilib.

Məruzədə təklif edilir ki, əlillik şəxsin funksional imkanlarının faiz dərəcəsinə görə müəyyən edilsin və buna uyğun müvafiq sosial dəstək tədbirləri həyata keçirilsin.

Bununla yanaşı, sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin real tələbatına uyğunlaşdırılması təklif edilir.

Ombudsman həmçinin təklif edir ki, əlilliyi olan uşaqların ehtiyaclarının digərlərindən fərqli olduğu nəzərə alınaraq, ailə başçısını itirmiş və əlilliyi olan uşaqlara hər iki hala görə müavinət verilsin.

O, "Sosial müavinətlər haqqında" qanuna dəyişikliklərin edilməsini təklif edir.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR