Bayıl sürüşmə zonasında SON VƏZİYYƏT açıqlandı
Bizi izləyin

Sosial

Bayıl sürüşmə zonasında SON VƏZİYYƏT açıqlandı

Son günlərdə Bayıl sürüşmə zonasındakı vəziyyətlə bağlı bir sıra elektron və yazılı kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı rəsmi məlumat açıqlanıb.

Publika.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısınin 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov Bayıl yamacında ötən il fevral ayında baş vermiş məlum sürüşmə hadisəsindən sonra Dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keçirildiyini bildirib.

Onun sözlərinə görə, ilk növbədə yarasız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib:

“Sürüşmə zonasında yerli və xarıcı mütəxəsislərin iştirakı ilə araşdırmalar aparılmış və hazırda bu işlər davam etdirilir. Bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə də isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb.

Bu gün bu ərazidəki vəziyyət Dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır. Nazirlər Kabinetinin çıxaracağı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək.Sürüşmə zonasında yaşayanlar üçün kömpensasiyaların ödənilməsi və ya digər tədbirlərin görüləcəyi ilə bağlı məsələlər barədə mülahizə yürütmək düzgün deyil. Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğınin daha da çox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər. Məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm