Sosial
Mübariz İbrahimovun ölümündən öncəki GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Azərbaycan Milli Ordusunun giziri, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olmamışdan bir neçə ay əvvəlki görüntüləri yayılıb.
Bu videogörüntü Mübariz İbrahimovun ölümündən 5 ay əvvəl lentə alınıb. Həmin ilin yanvar ayında Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində gizir kursunda təhsil alan Mübariz İbrahimov zabit dostlarından biri ilə rinqdə məşq edir. Görüntüdəki hündürboylu şəxs həmin zabit, digəri isə Mübariz İbrahimovdur.
Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib.
Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub. (baku.ws)
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO