Saray nənə: "Bu evi Prezidentin Qadınlar bayramı hədiyyəsi kimi qəbul etdim" - FOTO
Bizi izləyin

Sosial

Saray nənə: "Bu evi Prezidentin Qadınlar bayramı hədiyyəsi kimi qəbul etdim" - FOTO

Prezident İlham Əliyevin martın 7-də Şamaxıya yenidən səfəri, fevralın 5-6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar təbii fəlakətdən dərhal sonra rayona gələrək sakinlərlə görüşü, verdiyi konkret tapşırıqların icrası vəziyyəti ilə yerindəcə tanış olması geniş ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılanıb. Hər kəs bunu dövlətimizin başçısının öz vətəndaşlarına diqqət və qayğısının parlaq nümunəsi kimi dəyərləndirir. Şamaxının Salman Mümtaz küçəsindəki 33 nömrəli evin 92 yaşlı sakini Saray nənə Prezident İlham Əliyevin martın 7-də rayona yenidən gəlişindən, onunla təzədən görüşündən, 8 mart ərəfəsində yeni ev hədiyyə etməsindən ürəkdolusu danışıb.

Öz sevincini AZƏRTAC-la bölüşən Saray nənə deyib: “Prezidentin xanımı ilə birlikdə bizim təzə evə gəlməsi həyatımın ən xoşbəxt, sevincli anıdır. Onun tapşırığı ilə bu gözəl ev bir ayın içində tikildi. Mən bunu sevimli Prezidentimizin Qadınlar bayramı hədiyyəsi kimi qəbul etdim”.

Saray nənə bir ay əvvəl baş verən zəlzələnin törətdiyi kədərli saatları xatırlayaraq bildirdi ki, təbii fəlakət onların da evini uçurmuşdu. Soyuq qış ayında ailələri çıxılmaz, çətin anlar keçirdiyi bir vaxtda, zəlzələdən dərhal sonra Prezident Şamaxıya gəlib, Saray nənə ilə də görüşüb, narahat olmamalarını, tezliklə lazımi tədbirlər görüləcəyini bildirib. Dövlətimizin başçısına minnətdarlığını çatdıran Saray nənə tez-tez təkrar edirdi: “Allah Prezidentimizi başımızın üstündən əskik etməsin. Allah ona uzun ömür, cansağlığı versin”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm