1300-dən çox saxta əlillik ləğv edildi - Nazirdən açıqlama
Bizi izləyin

Sosial

1300-dən çox saxta əlillik ləğv edildi - Nazirdən açıqlama

Bugünədək ölkədə 1300-dən çox saxta əlillik ləğv edilib.

Publika.az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Nazir saxta əlilliyin müəyyən edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirildiyini bildirib:

“Aşkar edilən saxta əlillik faktları nəticəsində dövlət büdcəsinə 3 milyondan çox vəsait bərpa edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Saxta əlilliyin verilməsində səhvə yol vermiş aidiyyəti vəzifəli şəxslər barəsində inzibati tənbeh tədbirləri görülüb”.

S.Babayev onu da vurğulayıb ki, mart ayından əlilliyə görə pensiya təminatının elektronlaşması nəzərdə tutulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm