Sosial
İşdən çıxarılan Akif Əli DANIŞDI: "Bundan sonra..." - YENİLƏNDİ
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli vəzifədən azad olunması barədə xəbərə münasibət bildirib.
Publika.az xəbər verir ki, o, “Report”a açıqlamasında Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini deyib: “Bir müddət əvvəl cənab Baş nazirdən təqaüdə göndərilməyim üçün xahiş etmişdim. O da müvafiq qərar verdi. Bundan sonra sırf yaradıcılıq fəaliyyəti ilə məşğul olacağam”.
***
Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat
xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə
sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Modern.az-a
Akif Əliyə yaxın mənbə bildirib.
Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır.
Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.
Xatırladaq ki, Akif Əli 1994-cü il oktyabrın 10-dan Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri
vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
“Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Akif Əli 22 fevral 1952-ci ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Əli Məhərrəmov (1924 – 1977) hüquqşünas kimi uzun illər respublikanın prokurorluq və məhkəmə orqanlarında çalışıb. Anası Şəhla Məhərrəmova, evdar qadın olub(1928-2008) .
Akif Əli Bakı şəhərindəki 16 №-li orta məktəbi (1970), M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (1974), Bakı Ali Partiya Məktəbini (1989) bitirib.
“Azərbaycanfilm” kinostudiyasında prof. Adil İsgəndərovun
rəhbərlik etdiyi iki illik Kinoaktyorluq kurlarında oxuyub
(1972-74); sonra bir neçə bədii filmdə baş rollara çəkilib:
-“Uzun müharibədə qısa görüşlər” (“Tacikfilm” və “Lenfilm” k/st.
birgə istehsalı, 1974) – Rüstəm;
– “Tütək səsi” (“Azərbaycanfilm” kst., 1975) – Tapdıq;
– “Əgər biz bir yerdəyiksə” (Moskva Mərkəzi TV, 1976) – Məmməd;
– “Arxadan vurulan zərbə” (“Azərbaycanfilm” kst., 1977) – Fazil
müəllim
və b. obrazları yaradıb.
1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio
Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb:
– Radionun “Satira və yumor” şöbəsinin müdiri işləyərkən
(1981-1983) bir neçə populyar radio verilişinin (“Sabahınız xeyir”,
“Molla Nəsrəddin”, “Gülüş axşamı”);
– Televiziyanın “Gənclər üçün proqramlar baş redaksiyası”nın Baş
redaktoru vəzifəsində çalışarkən isə bir sıra populyar televiziya
proqramlarının (“Zəriflik”, “Aygün”, “İdrak”, “Tələbə dünyası”, “7
sual, 7 cavab” televiktorinası, “Teleteatrda gənclər gecəsi”, “Çay,
çay, çay!”, “Mənəvi dünyamız”) – yaradıcısı, müəllifi, yaxud
redaktoru olub.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür (1981).
Azərbaycan EA Ədəbiyyat institutunda dissertant olaraq, “Mirzə
Ələkbər Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya
müdafiə edib (elmi rəhbər-prof.Yaşar Qarayev).
Filologiya elmləri üzrə Fəlsəfə Doktoru (1988), dosentdir
(2000).
Akif Əli 1990-cı ildə Azərbaycanda ilk müstəqil demokratik mətbu
orqanlardan olan “Vətən səsi” qəzetinin yaradılmasında bilavasitə
iştirak edib. 1991-93-cü illərdə həmin qəzetin baş redaktoru
olub.
Mətbuatda demokratikləşmə prosesləri, müstəqillik uğrunda
mübarizələr, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağ
həqiqətləri, qaçqın soydaşlarımızın problemləri, klassik irsimiz,
kulturologiya, maarifçilik və digər mövzularda çoxlu sayda
məqalələri dərc olunub.
Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya institutunda (indiki DİA) “Kulturologiya” kafedrasının müdiri (1992-94) işləyib; müxtəlif ali məktəblərdə “Dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi”, “Azərbaycan mədəniyyətinin tarixi” kurslarından mühazirələr oxuyub.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ