Heydər Əliyev Fondu Novruz şənliyi təşkil etdi
Bizi izləyin

Sosial

Heydər Əliyev Fondu Novruz şənliyi təşkil etdi

Martın 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil olunub.

Publika.az xəbər verir ki, bayram şənliyində müəssisə sakinləri üçün bayram süfrəsi açılıb.

Çıxış edənlər sosial cəhətdən həssas qrupların, tənha ahıl insanların Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyib.

Müəssisənin sakinləri onlara göstərilən qayğıya görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm