141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
Bizi izləyin

Sosial

141 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı

Ötən ay 141 Azərbaycan vətəndaşının Gürcüstana girişinə qadağa qoyulub.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.

Fevral ayında qonşu ölkəyə, ümumilikdə, 1 669 nəfər xarici ölkə vətəndaşı buraxılmayıb. İllik müqayisədə Gürcüstana girişinə qadağa qoyulan əcnəbi vətəndaşların sayı 538 nəfər artıb.

Qonşu ölkəyə buraxılmayan əcnəbi vətəndaşlar arasında birinci yerdə 564 nəfərlə İran vətəndaşlarıdır. İkinci yeri isə Hindistan vətəndaşları (428 nəfər) tutub.

Hesabata əsasən, fevralda 102 Türkiyə, 54 Türkmənistan, 51 Rusiya, 42 Vyetnam, 40 Özbəkistan, 37 Ermənistan vətəndaşının Gürcüstana girişi qadağan olunub.

Bununla yanaşı, ötən ay 14 Azərbaycan vətəndaşı viza rejiminin tələblərini pozduğuna görə Gürcüstandan çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm