Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşdü
Bizi izləyin

Sosial

Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşdü

Məlum olduğu kimi nazir Əbülfəs Qarayev YUNESKO-dakı iclaslarda iştirak etmək məqsədilə Fransada səfərdədir. Səfər çərçivəsində nazir YUNESKO baş direktoru Odri Azule ilə görüşmüşdür.

Görüşdə AZərbaycan YUNESKO əlaqələrinin hazırkı vəziyyəti, cari ilin 2-3 may tarixində YUNESKO-nun əsas tərəfdaşlığı ilə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasına hazırlıq və digər birgə layihə və proqramlarla bağlı fikir mübadiləsi aparılmışdır. Ə.Qarayev ölkə rəhbərliyinin salamlarını xanım Azuleye çatdıraraq Azərbaycanın YUNESKO ilə əməkdaşlığın inkişafına, dünyada təşkilatın ideallarının yayılmasına daima sadiq olduğunu və təşkilat ilə çoxsaylı birgə layihələrin həyata keçirilməsinə verdiyi töhfələrin davamlı olacağını bildirdi.

YUNESKO-nun baş direktoru Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən razılığını qeyd edərək ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbirlərin bilavasitə YUNESKO ilə bağlı olduğunu və təşkilatın bu prosesdə fəal rol oynayacağını bildirdi. Nazir Ümumdünya İrsi və Qeyri maddi mədəni irsin reprezentativ siyahılarına daxil edilmiş Azərbaycanın mədəniyyət və irs nümunələri barədə xanım Azuleye məlumat verdi. Həmçinin Dünya İrs Komitəsinin sədri kimi Azərbaycanın dünyada münaqişə ərazilərində və təbii fəlakətlər vəziyyətində mədəni irsin qorunması məsələsinin aktuallığını diqqətdə saxlayacağını diqqətdə çatdırdı.

Xanım Azule qeyd edilən məsələlərin YUNESKO üçün də ciddi əhəmiyyət kəsb etdiyini qeyd edərək cari ilin noyabr ayında təşkilatın qərargahında keçiriləcək Mədəniyyət Nazirlərinin konfransı və 25-26 aprel tarixində Genevrədə keçiriləcək Hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması konvensiyası ilə bağlı keçiriləcək tədbir çərçivəsində Nazirlər paneli barədə məlumat verdi və nazir Ə.Qarayevi həin tədbirlərə dəvət etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm