"Diqlas"dakı yanğınla bağlı nazirlikdə işçi qrup yaradıldı
Bizi izləyin

Sosial

"Diqlas"dakı yanğınla bağlı nazirlikdə işçi qrup yaradıldı

Cari ilin 26 mart tarixində Bakı şəhəri, Nizami rayonu ərazisində “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarlarla operativ əlaqələrin qurulması və onlara dəstək göstərilməsi işlərinin koordinasiyalı təşkili üçün Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, İqtisadiyyat Nazirliyində işçi qrupu yaradılıb.

Bu barədə Publika.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, yanğında zərərçəkən sahibkarların problemlərinin öyrənilməsi məqsədilə yaradılmış İşçi Qrupu tərəfindən cari ilin 29-31 mart tarixlərində onların hər birinin (qabaqcadan razılaşdırılmaqla) müəyyən olunmuş vaxtlarda fərdi qaydada qəbul edilərək dinlənilməsi həyata keçiriləcək.

Qəbul İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (Ünvan: Atatürk pr.,134, tel. 012-404-04-01) təşkil olunacaq.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı göstəriş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm