"Diqlas"da yanğından zərərçəkən sahibkarlar üçün hesab açılacaq
Bizi izləyin

Sosial

"Diqlas"da yanğından zərərçəkən sahibkarlar üçün hesab açılacaq

Martın 26-sı Bakıda “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkən sahibkarlar “Kapital Bank” vasitəsilə dövlət tərəfindən maliyyə dəstəyi ala biləcək.

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sahibkarlarla görüş zamanı deyib.

Nazir müavini bildirib ki, bu məqsədlə bankda sahibkarlar üçün xüsusi hesablar açılacaq və onlar bankın plastik kartlarını əldə edəcəklər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin nümayəndələri “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərərçəkən sahibkarlarla görüş keçirir.

Görüşdə nazir müavini Niyazi Səfərov, nazirliyin Aparat rəhbəri Orxan Novruzov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və nazirliyin nəzdində olan digər strukturların nümayəndələri iştirak edirlər. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm