Ağacəkmə aksiyaları geniş vüsət alıb - FOTO
Bizi izləyin

Sosial

Ağacəkmə aksiyaları geniş vüsət alıb - FOTO

"Bu gün ümumilikdə 10 mindən çox ağac tingi paytaxtın Nəsimi, Binəqədi, Yasamal rayonlarında, bölgələrdə isə Gəncə və Şəkidə əhaliyə paylanıldı və mütəxəssislərimiz tərəfindən ağacların əkilməsi, onlara qulluq göstərilməsi qaydaları vətəndaşlara izah olundu".

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Nazirlik nümayəndəsi qeyd edib ki: "Bu yaz özün bir təbiət yarat" devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində təşkil olunan aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaqdır: "Qeyd edim ki, ilk dəfə ağac paylama aksiyası payız ağacəkmə kampaniyası zamanı təşkil olundu və əhali tərəfindən çox sevinclə qarşılandı. Bunu nəzərə alaraq aksiyanı yenidən davam etdirməyi qərara aldıq. Ümumilikdə yaz ağacəkmə kampaniyası çərçivəsində 50 000-dən çox ağac tinginin paylanması nəzərdə tutulub. Ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir. Sevindirici haldır ki, ağacəkmə tədbirləri artıq geniş vüsət alıb və kütləviləşib. Ümid edirik ki, bu cür tədbirlər getdikcə daha kütləvi xarakter alacaq və bu ənənə yaddaşlarda həkk olunacaq. Nazirlik ağacəkmə kampaniyasına qoşulan bütün dövlət və özəl qurumlara, ictimaiyyət nümayəndələrinə, jurnalistlərə öz minnətdarlığını bildirir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm