Ağsuda zəlzələdən qəzalı vəziyyətə düşən 24 ev söküldü
Bizi izləyin

Sosial

Ağsuda zəlzələdən qəzalı vəziyyətə düşən 24 ev söküldü

Bu il fevralın 5-də Ağsuda baş verən zəlzələ nəticəsində rayon ərazisində 2123 ev və obyektə ziyan dəyməsi barədə Rayon Fövqəladə Hallar Komissiyasına müraciət daxil olub.

Bu barədə Trend-ə Komissiyadan məlumat verilib.

Məlumata görə, daxil olan müraciətlər əsasında 1963 evə baxış keçirilib:
"Onlardan 790-ı şəhər, 1173-ü isə kəndlərdədir. Hadisə ilə bağlı yaradılmış komissiya evlərə baxış keçirməkdə davam edir. Komissiyanın rəyinə əsasən, bu günə qədər baxış keçirilən evlərin 220-si qəzalıdır. Qəzalı evlərin 69-u şəhər ərazisində, 151-i isə kəndlərdədir. Artıq 24 ev tam sökülüb, 10 evin inşası davam etdirilir. Bundan əlavə, daha bir qəzalı ev Heydər Əliyev Fondunun vəsaiti hesabına yenidən inşa olunmaqdadır. Komissiyanın qərarına əsasən, baxış keçirilən evlərdən 355-inin bərpası mümkün vəziyyətdə, 1344 evdə isə təmir işlərinə ehtiyac olduğu müəyyənləşib. Komissiyanın qərarına görə, 44 evin vəziyyəti qənaətbəxs hesab edilib".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm